LABSERVIS LTD şirkətinin direktoru Müdafiə Nazirliyi Baş Tibb İdarəsi tərəfindən "FƏXRİ FƏRMAN"-la təltif edilib

LABSERVIS LTD MMC-nin direktoru Şahbazova Roza Qafar qızı Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüş əməliyyatları zamanı Müdafiə Nazirliyinin tibbi hərbi hissə və müəssisələrinin işinin fasiləsiz rejimdə təmin olunmasında, yaralılara tibbi yardımın təşkilində verdiyi layiqli töhfəsinə görə "FƏXRİ FƏRMAN"-la təltif edilib.

LABSERVIS LTD şirkətinin bütün heyəti adından Müdafiə Nazirliyinin Tibbi Baş İdarəsinə dərin minnətdarlığımızı bildiririk.

Vətənimiz üçün belə bir mühüm tarixi məqamda qəhrəman ordumuzun yanında olduğumuza görə çox şadıq.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun Böyük Zəfərindən qürur duyuruq!

Allah şəhidlərimizə rəhmət eləsin!

Bütün yaralılara tezliklə sağalmağı arzu edirik!

Qarabağ hər zaman bizim olub, bizimdir və hər zaman da bizim olacaq!

LABSERVIS LTD şirkətinin direktoru Müdafiə Nazirliyi Baş Tibb İdarəsi tərəfindən FƏXRİ FƏRMAN-la təltif edilib