LABSERVIS LTD şirkətinin Medinex 2019 Sərgi və Forumunda iştirakı

LABSERVIS LTD 6-7 noyabr 2019-cu il tarixlərində “JW MARRIOTT Absheron Baku” otelində “Medinex” – 1-ci Tibb İnnovasiyaları Sərgi və Forumunda uğurla iştirak edib. Sərginin rəsmi açılışı günü Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini cənab Elsevər Ağayev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri cənab Zaur Əliyev və Azərbaycan Stomatoloji Assosiasiyasının prezidenti xanım Rəna Əliyeva LABSERVIS LTD şirkətinin stendini ziyarət ediblər.

Bu il Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi və Forumunda şirkətin iştirakının məqsədi müasir laboratoriya avadanlıqları və innovasiyaları ilə ziyarətçiləri tanış edilməsi idi. Əlavə olaraq sərgi çərçivəsində dövlət, özəl qurumların və təhsil ocaqlarının nümayəndə heyəti ilə bir sıra görüşlər keçirilib.

LABSERVIS LTD çoxsaylı peşəkar ziyarətçiləri cəlb edib və sərgi zamanı fəaliyyətinə görə "Ən yaxşı performans" xüsusi sertifikatına layiq görülüb.